Azərbaycan dilinin orfoqrafiya qaydaları www.urmu.eu 10 / 17 2. Azaltma dərəcəsi düzəldən kəm, təhər sözləri qoşulduğu sifətə bitişik yazılır: kəmşirin, turştəhər. 3. Çoxaltma dərəcəsi düzəldən zil sözü qoşulduğu sifətdən ayrı yazılır: zil qara. 4. Çoxaltma dərəcəsi m, p, r, s samitlərinin köməyi ilə düzələn sifətlər bitişik yazılır: dümdüz, qapqara, tərtəmiz, masmavi. 3.4. Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı 1. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 20-dən, 3-də, 2-yə, 6-nın, 5-i, 17-si. 2.Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, - cü) yazılır: 6-cı, 2-ci, 10-cu, 3-cü.